REGİONLAR


Aşağı Quşçu və Köhnəqala kəndlərində məktəb binaları əsaslı təmir olunur

Tovuz, 21 avqust, AZƏRTAC

Cari ildə Tovuz rayonunda məktəblərin tikintisi və əsaslı təmiri sahəsində işlər müvəffəqiyyətlə davam etdirilir. Belə ki, hazırda Alakol kəndində inşa olunan 624 şagird yerlik məktəb binasının tikintisi tamamlanmaq üzrədir, Şamlıq və Güvəndik kəndlərində isə modul tipli məktəb binaları quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin və Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəb binalarının əsaslı təmirinə başlanılıb.

Bu məktəblər ötən əsrin 70-80-ci illərində birtipli layihələr əsasında inşa edilib. Uzun müddət əsaslı təmir işləri aparılmadığına görə hər iki bina tədris üçün yararsız vəziyyətdə olub. Dövlətimizin qayğısı nəticəsində sözügedən məktəblərdə əsaslı təmir işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.