İDMAN


Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrə xitam veriləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrə xitam veriləcək.

AZƏRTAC xəbər verir ki, bu haqda qərar dekabrın 8-də AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Belə ki, gənclərdən ibarət millimizin baş məşqçisi Rəşad Sadıxov, U-18 komandanın çalışdırıcısı Zaur Həşimov, U-17-dən Ramin Quliyev istefaya göndəriləcək.

U-19 millimizin baş məşqçisi Vüqar Məmməd postunda saxlanılacaq. Bu, millimizin yaxın aylarda Avropa çempionatının elit-raundunda çıxışı ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.