CƏMİYYƏT
“Əsas həyat bacarıqları” təlim proqramı uğurla icra olunur
Bakı, 24 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayonunda start götürən və gənclərdə özünütanıma, şəxslərarası bacarıqlar və düşünmə bacarıqlarının formalaşdırılmasını hədəfləyən “Əsas həyat bacarıqları” təlim proqramı uğurla davam edir.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, təlim proqramının keçirilməsində məqsəd region gənclərinin şəxsi və peşəkar həyatında qarşılaşdıqları problemlərin aradan qaldırılması, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsidir. Proqram UNICEF-in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir.
Proqram çərçivəsində gənclər üçün “Diqqətlilik”, “Bir dəfəyə bir iş görmək”, “Stresin idarə olunması”, “Stresi yaradan səbəblər və onun aradan qaldırılması”, "İnamlı ünsiyyət", "Qərar qəbuletmə", "Məqsədi müəyyənləşdirmə", "Şəxslərarası effektivlik", "Mübahisələri həlletmə", "Münasibətlərin idarə edilməsi" kimi mövzularda təlimlər təşkil olunub.
Layihədə müsahibə əsasında seçilən 17-22 yaşarası 15 gənc iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]