İQTİSADİYYAT


Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub

Bakı, 16 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,4 faizi xidmət sahələrinə, 9,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3 faiz, büdcə vəsaitləri 28,1 faiz, bank kreditləri 7,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.