İQTİSADİYYAT


Əsas kapitala yönəldilən vəsaitin 61,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 356 milyon manatını və ya 61,7 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 349,7 milyon manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4 faiz, büdcə vəsaitləri 22,7 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, digər vəsaitlər 4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.