İQTİSADİYYAT


Əsas kapitala yönəldilən vəsaitin 66,5 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 15 iyul, AZƏRTAC

Cari ilin 6 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 610,3 milyon manatını və ya 61 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 938 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, büdcə vəsaitləri 19,1 faiz, bank kreditləri 6 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, digər vəsaitlər isə 7,3 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.