İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahələrinə xərclənib
Bakı, 18 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,4 faizi sənaye, 21,7 faizi isə tikinti sahəsinə xərclənib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 14,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,3 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1,1 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrinə sərf edilib.