İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 71,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib

Bakı, 18 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,5 faizi sənaye, 18,9 faizi tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə sözügedən vəsaitin 17 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi təhsil, 1,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,7 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.