İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 73,4 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 22 oktyabr, AZƏRTAC 

2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,2 faizi sənaye, 20,2 faizi isə tikinti sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə sözügedən vəsaitin 12,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,4 faizi təhsil, 1,2 faizi informasiya və rabitə, 1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,4 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.