İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitin 66,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 64,6 faizi qədərdir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə sərmayə qoyuluşunun 66,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 4 milyard 875,6 milyon manat, büdcə vəsaitləri 1 milyard 714,9 milyon manat, bank kreditləri 467,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 563,1 milyon manat, digər vəsaitlər isə 638,7 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.