İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitin 72,5 faizi sənaye və tikinti sahələrinə xərclənib

Bakı, 19 noyabr, AZƏRTAC 

Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 51,6 faizi sənaye, 20,9 faizi isə tikinti sahələrinə sərf edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sözügedən vəsaitin 12,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,4 faizi təhsil, 1,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 1,2 faizi informasiya və rabitə, 0,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, hər birində 0,3 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, eləcə də 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.