İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib

Bakı, 22 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 20 faizi isə tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən müddət ərzində ümumi vəsaitin 13,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi təhsil, 0,8 faizi informasiya və rabitə, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.