İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitin 86,7 faizi sənaye və tikinti sahəsinə sərf olunub

Bakı, 19 fevral, AZƏRTAC

2021-ci ilin yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 73,5 faizi sənaye, 13,2 faizi isə tikinti sahəsinə yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə ümumi vəsaitin 5,2 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla təhsil, maliyyə və sığorta fəaliyyəti, 0,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.