REGİONLAR


Əsaslı şəkildə yenidən qurulan Eynallı-Qırılı avtomobil yolunda son tamamlama işləri aparılır

Ağstafa, 20 sentyabr, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa–Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə birləşdirən Eynallı-Qırılı avtomobil yolları Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 15,5 kilometr təşkil edən avtomobil yollarında son tamamlama işləri aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 3-cü texniki dərəcəyə uyğun tikilən Eynallı-Qırılı yoluna ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənilib. İşlər tam yekunlaşdıqdan sonra isə yola müvafiq nişanlar və məlumatverici lövhələr, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Avtomobil yolunun yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.