DÜNYA


Əsassız həbs olunan ABŞ vətəndaşı 13 ay sonra azadlığa buraxılıb

Vaşinqton, 30 oktyabr, AZƏRTAC

Tramp Administrasiyası İŞİD terror təşkilatına mənsubiyyətdə ittiham olunaraq həbs edilən ABŞ vətəndaşını azadlığa buraxıb. Şübhəli bilinən şəxs ona qarşı rəsmi ittiham irəli sürülmədiyi halda 13 ay həbsxanada qalıb.

AZƏRTAC amerikan KİV-lərinə istinadla xəbər verir ki, şübhəli bilinən ekstremistin saxlanılması faktı Amerika cəmiyyətində ölkə vətəndaşlarının azadlığından tutmuş hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılması kimi bir çox məsələləri gündəmə gətirib. Şəxsiyyəti açıqlanmayan bu vətəndaşın adı məhkəmə sənədlərində “Con Dou” olaraq qeyd edilib. Məhkəmədə onu təmsil edən Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqının (ACLU) verdiyi bəyanatda deyilir ki, şübhəli bilinən şəxsin yeri hökumətlə olan məxfi razılığa əsasən, elan edilməməlidir. Lakin “The New York Times” qəzetinin yaydığı xəbərə görə, ABŞ hökumətinin rəsmi nümayəndəsi onun həyat yoldaşı və qızı ilə birgə yaşadığı Bəhreyndə azadlığa buraxıldığını təsdiq edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.