İDMAN


“Aşdod”–“Qarabağ” matçını serbiyalı hakimlər briqadası idarə edəcək

Bakı, 26 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aşdod” (İsrail) – “Qarabağ” (Ağdam) matçının hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər idarə edəcək. Novak Simoviç matçın baş hakimi olacaq. Nikola Coroviç və Miloş Simoviç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Aleksandr Jivkoviç yerinə yetirəcək.

Xatırladaq ki, “Aşdod” – “Qarabağ” oyunu iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da İsraildə start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.