DÜNYA


Əsəb pozğunluğunun diaqnozu üçün süni intellekt alqoritmləri yaradılıb

Bakı, 14 aprel, AZƏRTAC

Kanadanın Alberta Universitetinin alimləri travma sonrası əsəb pozğunluğunun (TSSB) diaqnozu üçün süni intellekt (AI) alqoritmlərini yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, tədqiqat zamanı mütəxəssislər psixoterapevtlərin seanslarında alınan mətnlərin tonallığını təhlil ediblər. Videokonfrans vasitəsilə aparılan eksperimentdə 275 iştirakçı ilə psixoterapevtik müsahibə götürülüb. Eksperiment nəticəsində 188 subyektin travma sonrası əsəb pozğunluğundan əziyyət çəkdiyi, 87 nəfərinin isə sağlam olması aşkarlanıb.

Məlum olub ki, xəstələrin mətnlərində daha çox mənfi və ya neytral ifadələr yer alır. Bu metodun dəqiqliyi 80 faizə çatır. Gələcəkdə mütəxəssislər bu texnologiyadan teletibdə istifadə etmək istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.