İDMAN


Əsət Serikbayev: Çatışmazlıqları görmək üçün bu hazırlıq prosesi çox vacibdir

Bakı, 28 aprel, AZƏRTAC

Qazaxıstanın sərbəst güləş üzrə yığması aprelin 18-dən ölkəmizdədir. Qonaq komanda millimizlə birgə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Qazaxıstan yığmasının baş məşqçisi Əsət Serikbayev federasiyanın saytına verdiyi açıqlamada hazırlıq prosesindən danışıb: “Azərbaycana 16 nəfərlik heyətlə gəlmişik. İki ölkənin komandasının birgə təlim-məşq toplanışının faydalı olacağını düşünürəm. Müsbət və mənfi tərəfləri, çatışmazlıqları görmək üçün bu hazırlıq prosesi çox vacibdir. İlk dəfə deyil ki, Bakıya gəlirik. Bu toplanış dünya Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Lisenziya yarışında bir güləşçi ilə təmsil olunacağıq. 86 kiloqram çəki dərəcəsində Tokio Olimpiadasına vəsiqə qazanacağımızı düşünürəm”.

Qeyd edib ki, mayın 9-dək məşqlərimizi davam etdirəcəyik. Daha öncə də Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçmişik. Burada yaradılan şərait, infrastruktur, qidalanma - hər şey bizi tam qane edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.