REGİONLAR


Əsgər anası: Şəhidlərimizin, dinc insanların qanı yerdə qalmayacaq

Ağsu, 20 oktyabr, AZƏRTAC

Gəncəyə, Tərtərə, eləcə də digər yaşayış məntəqələrimizə atılan raketlər, top mərmiləri nəticəsində aralarında uşaqların, qadınların, qocaların olduğu dinc insanların qətlə yetirilməsi, kütləvi dağıntılar bir ana kimi mənim də qəlbimi göynədir. Lakin təsəllim var ki, erməni işğalçılarının bu vəhşiliyi uzun çəkməyəcək. Silahlı Qüvvələrimiz onları torpaqlarımızdan qovub çıxaracaq. Ordumuzun hər gün apardığı uğurlu döyüş əməliyyatı, ermənilərin qaçıb getməsi, yeni-yeni şəhər, qəsəbə və kəndlərimizin azad edilməsi mənim üçün böyük təsəllidir.

Bu sətirləri AZƏRTAC-ın bölgə müxbirinə Ağsu şəhər 3 saylı tam orta məktəbin müəllimi, əsgər anası Bircahan Məmmədova söyləyib.

Onun oğlu hazırda Qarabağda, cəbhə bölgəsindədir. Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda vuruşur. Bircahan müəllim sıralarında oğlunun da olduğu Azərbaycan Silahlı Qüvvələrinin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə azad ediləcəyinə əmin olduğunu bildirib. “Şəhidlərimizin, dinc insanların qanı yerdə qalmayacaq. Əlbəttə, ermənilər öz cəzalarını alır və bundan sonra da alacaqlar”, - deyə Bircahan Məmmədova əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.