SİYASƏT


“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC 

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

Bundan əlavə “Əsgərə Məktub Online” layihəsi də fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün www.veten-ugrunda.az saytına daxil olaraq online məktub yaza bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.