CƏMİYYƏT


“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində

Bakı, 22 oktyabr, AZƏRTAC 

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.

Layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan bayrağının dalğalanacağına əminlik nümayiş olunub.

Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb. Bu çərçivədə bütün “ASAN xidmət” mərkəzlərindəki terminallar vasitəsilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.