REGİONLAR


Əsgərlər arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Naxçıvan, 19 fevral, AZƏRTAC 

Culfa sərhəd komendantlığının əsgərləri arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətəni tanı” intellektual oyununun qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıblar.

Xəritəni daha tez tamamlayan əsgər Muxtar Balaqadaşov qalib adını qazanıb. Əsgər Əlimurad Qasımzadə ikinci, əsgər Samir Hümbətov üçüncü olub. Kiçik çavuş Şərif Nəsibov və əsgər Cəfər Əhmədov isə fərqləndiklərinə görə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.