Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Əsgərlərimiz anamın və qızımın qisasını aldı” - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası Alxanlıdan reportaj VİDEO

Füzuli, 17 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Alxanlı Füzulinin ən böyük kəndlərindən biridir. Erməni təcavüzü nəticəsində kəndin təxminən 30 faizi düşmən tapdağı altında idi. Bu illər ərzində erməni vandalları yaşayış məntəqəsini daim atəş altında saxlayır, sakinlərə məxsus mal-qaranı, texnikaları, əkin sahələrini yararsız hala salırdılar. Ən dəhşətli hadisə isə 2017-ci ilin iyulun 4-də yaşanmışdı. Kəndi ağır artilleriya atəşinə tutan ermənilər yaş yarımında olan Zəhranı və nənəsini öldürmüşdülər.

AZƏRTAC-ın müxbiri Alxanlı kəndində olub, sakinlərlə söhbət edib, minatəmizləmə əməliyyatlarını izləyib.

Alxanlı sakini, Zəhranın atası Elnur Quliyev o dəhşətli günləri belə xatırlayır: “Axşamçağı erməni təcavüzkarları mərmi ilə atəş açmışdılar. Mərmi düz onların yanına düşmüşdü. İkisi də şəhid oldu. Mənim 52 yaşındakı anam və yaş yarımındakı qızım Zəhra erməni terroristləri tərəfindən öldürüldü. Əzizlərimi aldılar məndən. Onların qisasını bu əllərimlə almağı arzulayırdım. Amma bu qisası 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyev və ordumuz aldı. Əsgərlərimiz bütün şəhidlərimizin, o cümlədən mənim anamın da, qızımın da qanını yerdə qoymadılar, qisasını aldılar”.

Kəndinin icra nümayəndəsi İlham İsrafilovun sözlərinə görə, 1993-cü il avqustun 23-də Alxanlı kəndi mənfur düşmənlərimiz tərəfindən tam işğal olunmuşdu. “1994-cü ilin yanvarında şanlı Ordumuz kəndin bəzi ərazilərini işğaldan azad edib. Həmin vaxtdan etibarən köçkün düşmüş əhali yavaş-yavaş geri qayıtmağa başladı. Təxminən 400-dən çox ev dağıdılmışdı. O evlər də ulu öndər Heydər Əliyevin göstərişi ilə tam təmir olundu. Əhali öz evlərində yaşamağa başladı”, - deyə İlham İsrafilov bildirir.

İcra nümayəndəsi deyir ki, Alxanlı kəndi düşmən mövqelərinə yaxın olduğundan hər zamanı snayperlərin hədəfində idi. Bəzən də artillerya atəşinə tutulurdu. Lakin 44 günlük Zəfər yürüşündən sonra kənd sakinlərində böyük ruh yüksəkliyi var. İndi hər kəs dədə-baba torpağında öz işi-gücü ilə məşğuldur.

Söhbət etdiyimiz kənd sakini Yavər Quliyev bildirir ki, uşaq yaşlarından bu kənddə boya-başa çatıb: “Demək olar ki, 90-cı illərdən, ağlım kəsən vaxtlardan ermənilər həmişə bizə ziyan vurublar. Örüşə mal-qara aparan, əkin sahələrində çalışan camaat hədəf alınırdı. Düzdür, biz qorxmamışıq. Ancaq hər zaman uşaqlardan, ailəmizdən ehtiyatdan edərdik, onlara görə narahat olardıq. Artıq o günlər arxada qalıb. Vətən müharibəsindən sonra biz rahat yaşayırıq, örüşə, əkin sahələrinə sərbəst gedib-gəlirik. Camaat öz işində-gücündədir”.

Bəli, şanlı və qüdrətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində ərazilərimizi düşmən tapdağından azad etdi, üçrəngli, ay-ulduzlu bayrağımızı müqəddəs torpalarımızda dalğalandırdı. Amma ermənilər bu gün də minalanmış ərazilərin xəritələrini verməməklə vandal xislətlərini bir daha sübut edirlər. Xəritə olmasa da, Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları öz işlərini görürlər. Digər ərazilərimiz kimi, Alxanlı kəndinin işğaldan azad edilən əraziləri də minalardan təmizlənir.

ANAMA-nın əməkdaşı Habil Babayev vaxtilə bu ərazilərin düşmənlə təmas xətti olduğunu, kütləvi şəkildə minalandığını bildirir. Düşmən minaları həm hərbi xəritə əsasında, həm də pərakəndə şəkildə torpağa basdırıb. Minalar pərakəndə basdırılsa belə onların xəritələri var. Amma erməni tərəfi bu xəritələri vermir.

ANAMA-nın digər əməkdaşı Mədəd Məmmədov isə deyir ki, pərakəndə sözünü düşmənin savadsız olduğunu göstərmək üçün işlədirlər: “Yəni, hansısa minanın basdırılmasında nizam-intizam qaydaları, bir standart var. Minalar həmin qaydalara uyğun basdırılmalıdır. Təxminən 200 min kvadratmetrdən çox sahə minalardan təmizlənib. Bu ərazilərin təmizləməsi zamanı 207 ədəd tank əleyhinə, 168 ədəd isə piyada əleyhinə mina aşkarlanıb. Aşkarlanan minalar, əsasən, Rusiya istehsalıdır. Bununla yanaşı, Ermənistan istehsalı olan piyada əleyhinə minalar da var”.

Beləliklə, bir vaxtlar erməni tapdağı altında olan Alxanlı kəndi ilə bərabər, digər kənd və qəsəbələrimiz, rayon və şəhərlərimiz də qüdrətli və şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində yenidən öz sahiblərinə qayıtdı. Ərazilər minalardan təmizləndikdən, yollar çəkildikdən, evlər bərpa olduqdan sonra doğma yurd-yuvasından didərgin düşən vətəndaşlarımız da o yerlərə qayıdacaq. Bu torpaqlarda həyat yenidən canlanacaq.

 

“Əsgərlərimiz anamın və qızımın qisasını aldı” - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası 
Alxanlıdan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Qarabağda əsas maneə basdırılmış minalardır

NASA canlı yayımla Beynəlxalq Kosmik Stansiyanın 25 illiyini qeyd edib

Milli Məclisin Sədr müavini Azərbaycan gənclərinə çağırış edib

“Azerbaijan International Mining Company Limited” yeni mədən texnikalarını təqdim edəcək

Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olacaq

Azərbaycanın tarixçi-aliminin əsəri Özbəkistanda nəşr olunub

Prezident: Təəssüflər olsun ki, Avropada liderlər arasında Borel, Metsola kimi populist insanlar var

Energetika naziri Şabranda vətəndaşlarla görüşəcək

Baydenin G7 liderləri ilə virtual görüşü mətbuata qapalı keçiriləcək

“Polyaklar Azərbaycanda” adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib

Rejissor təlimlərinin çəkiliş mərhələsinə başlanılıb

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Prezident İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür

“ASAN xidmət” və İİB arasında əməkdaşlıq inkişaf edir

Prezident: Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forum keçirilir

Oktyabrın 7-dən bəri İsrail ordusunun itkiləri 410 nəfərə çatıb

İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib

DOST RİM “World Finance” beynəlxalq qurumunun "Dünya Maliyyə İnnovasiya Mükafatları" müsabiqəsinin qalibi olub

Prezident İlham Əliyev: Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır

“Yeni klinika”da Ambulator klinika istifadəyə verilib

Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur

Paytaxt məktəbliləri “Ədibin evi”ndə qonaq olublar

Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti tədbir

Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır

Milli üzvü: Azərbaycanda həndbolu inkişaf etdirmək üçün yaxşı məktəb olmalıdır - MÜSAHİBƏ

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir

UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

® Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur

Azərbaycan Prezidenti: Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik

Sahil Babayev: Ailə dəyərlərinin artırılması zorakılığın qarşısının alınmasına böyük kömək ola bilər

Emin Əmrullayev: Ailədə baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir

AMEA-da islahatların yeni mərhələsinə start verilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Sədərək” ticarət mərkəzində təlim təşkil edib

Bu gün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 103 il ötür

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilib

Azərbaycan Prezidenti: Biz regiona sülhü artıq gətirmişik

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Son 45 gündə “qara bazar”da dəyəri 4 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Prezident: Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib

Faktiki hava: Ölkə ərazisində müşahidə olunan küləyin sürəti zəifləyib

Ceyhun Sultanov: "Qarabağ" bu çıxışı ilə növbəti çempionluğa doğru getdiyini göstərir

Nizami poeziyasından bəhs edən monoqrafiyanın təqdimatı olub

Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmayıb

Azərbaycan Prezidenti: Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik

Dünya birjalarında neft ucuzlaşıb

Prezident: Məcburi köçkünlərə maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik

Daha bir müharibə əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

Fərid Qayıbov növbəti dəfə idmançılarla görüşüb

Bakıdakı Rus evində gitara musiqisi konserti olacaq

Prezident İlham Əliyev: Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni hərbi kontingenti var idi

® Beynəlxalq tədbirdə Azərbaycanda insanların kimyəvi maddələrin mənfi təsirinə məruz qalmasının profilaktikası barədə məlumat verilib

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edir - YENİLƏNƏCƏK VİDEO

Bakıda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş konfrans keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Qazaxda vətəndaşlarla görüşəcək

DİN: Ötən gün qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb

ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək

Xaçmazda qəzada ölən motosiklet sürücüsünün kimliyi müəyyənləşib

Kür çayında mühafizə tədbirləri görülür

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub

Samuxda yol kənarında “Kalaşnikov” və ov tüfəngi aşkarlanıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb - SİYAHI

Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

İsrail Qəzzada 138 girovun qaldığını bildirib

G7 ölkələrinin liderləri məsləhətləşmələr aparacaqlar

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib

İtaliyada səhiyyə işçiləri tətil ediblər

Alimlər iynəsiz yeni vaksinasiya üsulunu kəşf ediblər

İtaliya və Albaniya qanunsuz miqrasiya sahəsində əməkdaşlığı gücləndirir

Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr martda başlana bilər

Daniel Bekstrem müvəqqəti olaraq İsveç yığma komandasını çalışdıracaq

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlayıb

“Northeastern University”: Alzheimer xəstəliyi demensiyanın səbəblərindən biri ola bilər

Bosniya və Herseqovinanın keçmiş təhlükəsizlik nazirinə üç il həbs cəzası verilib

Qoa Danyel: Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizəmizi davam edəcəyik

Azərbaycan Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək

Meksika mətbuatında Qərb KİV-lərinin ikili standartlarından bəhs edilib

Yaponiya mühəndisləri məlumatların ötürülməsində rekord sürətə nail olublar

Azərbaycan Moda Həftəsi möhtəşəm moda nümayişi ilə başa çatıb

“Time” jurnalı: Lionel Messi 2023-cü ilin idmançısı seçilib

Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı Bakıda keçirilən konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

BMT: “Taxıl sazişi”nin bərpası istiqamətində işlər davam etdirilir

Yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib

Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar

Moskvada Azərbaycanın və İranın xarici işlər nazirlərinin görüşü olub YENİLƏNİB

AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib

Ceyhun Bayramov: Xəzərin hüququ statusuna dair konvensiyanın ratifikasiyası Moskva görüşünün əsas mövzularından idi VİDEO

Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanatı

Bakıdakı Rus evində Fyodor Tütçevin 220 illiyi qeyd olunub

Medianın İnkişafı Agentliyi AZƏRTAC-ın əməkdaşının “arzuolunmaz şəxs” qismində Yeni Kaledoniyadan çıxarılması ilə bağlı bəyanat yayıb