İDMAN


Asif Məmmədov: Çalışacağıq ki, ölkəmizi dünya birinciliyində layiqincə təmsil edək

Bakı, 7 mart, AZƏRTAC

Artıq bir neçə gündür Las-Veqasdayıq. Dünya birinciliyinə 5 atletlə qatılacağıq. Təlim-məşq toplanışımızı uğurla davam etdiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyinə hazırlığı davam etdirən ağır atletika millimizin baş məşqçisi Asif Məmmədov deyib.

Gənc mütəxəssis, həmçinin bildirib ki, idmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. Məşqlərimiz normal keçir. Komandamız yarışa hazırdır. Çalışacağıq ki, turnirdə ölkəmizi layiqincə təmsil edək və yaxşı nəticələr qazanaq.

Qeyd edək ki, dünya birinciliyində Azərbaycanı beş atlet - Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.