MƏDƏNİYYƏT


Aşıq Ədalət dünyasını dəyişib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə vida mərasimi və aşığın dəfn olunacağı yer hələlik dəqiqləşdirilməyib.

Ustad sənətkar uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Aşıq Ədalət 1939-cu il yanvar 27-də Qazax rayonunda anadan olub. O, saz ifaçılığını atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb və o, el məclislərinə dəvət alıb.

Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı kimi tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.