MƏDƏNİYYƏT


Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması üçün heykəltəraşlar arasında elan edilən açıq müsabiqəyə eskiz-layihələrinin qəbulu başa çatıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul edilən layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Qeyd edilib ki, eskiz layihələr nazirliyin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qalibi iyulun 15-də elan olunacaq. Nəticələrə dair məlumat nazirliyin saytında (culture.gov.az) yerləşdiriləcək. Həmçinin ikinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə ötən ilin dekabr ayında elan edilmişdi. Lakin eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyi üçün müsabiqə komissiya üzvləri tərəfindən 3 ay müddətinə - iyunun 30-dək uzadılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.