MƏDƏNİYYƏT


“Aşıq Cəlalın sənət yolu” kitabı işıq üzü görüb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın “Aşıq Cəlilin sənət yolu” adlı monoqrafiyası nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

Azərbaycan Aşıqlar Birliyinin üzvü Mahmud Əyyublu AZƏRTAC-a bildirib ki, Folklor İnstitutunun elmi şurasının qərarı ilə çap edilən monoqrafiyada tanınmış aşıq Cəlal Qəhrəmanovun sənət yolu, yaradıcılığı ilk dəfə geniş şəkildə araşdırılıb. Aşıq Məhəmməd Sadaxlının Aşıq Cəlala həsr etdiyi əhvalat, aşığın yeganə şeirlər kitabına “Ön söz” yazmış professor Asif Rüstəmlinin məqaləsi də yeni nəşrə daxil edilib.

Kitabın elmi rəhbəri filologiya üzrə elmlər doktoru, professor Cəlal Bəydilli, redaktorları Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli və Elçin Qaliboğludur. Monoqrafiyanın “Ön söz” müəllifi isə professor Rüstəm Kamaldır. Nəşrdə həmçinin ingilis və rus dillərində qısa xülasə də verilib.

Kitab folklorşünaslar, aşıqlar, ali məktəblərin filologiya fakültələrinin tələbələri, orta məktəb müəllimləri, bir sözlə, Azərbaycan aşıq sənətinin vurğunu olan hər kəs üçün dəyərli mənbə sayıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.