MƏDƏNİYYƏT
“Aşıq Pəri Məclisi” onlayn konsert verəcək
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 24-də “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “Youtube” və “Facebook” sosial şəbəkəsindəki səhifələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil edəcək.
Bu barədə AZƏRTAC-a “Aşıq Pəri Məclisi”nin mətbuat katibi Gülü Eldar Tomarlı məlumat verib.
Onlayn konsertdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, bədii rəhbəri və mətbuat katibi Güllü Eldar Tomarlı, Səadət Buta, Südabə İrəvanlı, Cəvahir Qaraqızı, Gözəl Kəlbəcərli, Lətifə Çeşməli, Kəmalə Məhyəddinqızı və Ayşə Səyyadqızı iştirak edəcəklər.