MƏDƏNİYYƏT


Aşıq Şakirin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən olan Aşıq Şakir Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ustad aşıq haqqında geniş məlumat yer alıb.

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən Aşıq Şakirin 100 illik yubileyi tamam olur. Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib.

Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb. Onun lirik havacatları ilə yanaşı, oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. Onun ifasında səslənən “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havaları sazsevərlər tərəfindən unudulmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.