MƏDƏNİYYƏT


Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, aşıq poeziyasının tanınmış siması Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub. Deyişməni “Aşıq Pəri Məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq sənətinin tədqiqatçısı Mahmud Əyyubluya Dəmirçi Süleymanın nəvəsi Qalib İsmayılov təqdim edib.

Tədqiqatçı Mahmud Əyyublu AZƏRTAC-a bildirib ki, aşığın külliyyatında yer almayan bu deyişmə yenidir. Azərbaycan xalq dastanlarının mahir ifaçısı Aşıq Şəmşirin əldə olunan deyişməsi Dəmirçi Süleymanladır. Deyişmə olduqca maraq kəsb edir. Əldə edilən yeni deyişmə geniş həcmli məqalə ilə tədqiqatçılar tərəfindən ictimaiyyətə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.