MƏDƏNİYYƏT


Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verilən qiymətdən danışıb. O, ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirib. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Ölkəmizdə aşıq festivallarının keçirilməsi və dünya miqyasında buraya sənətkarların cəlb olunması Azərbaycan aşıq sənətinin böyük irəliləyişinə səbəb olub. Bu tərəqqi və irəliləyiş nəticəsində yüzlərlə gənc aşıq sənətinə gəlib, ustad aşıqlardan xeyir-dua alıb”, - deyə M.Qasımlı qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.