MƏDƏNİYYƏT


Aşıqlar Birliyində dəyirmi masa: Gənclik və aşıq sənəti

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Aşıqlar Birliyində (AAB) “Gənclik və aşıq sənəti” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-a məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq aşıq sənətinin bugünkü vəziyyəti, xüsusilə də gənc aşıqların qarşısında duran vəzifələr, ustad-şagird ənənəsinin indiki vəziyyəti və gənc sənətkarlara göstərilən qayğıdan danışıb, bu sahədə olan problemlərə toxunub.

Sonra məruzə ətrafında çıxışlar olub. Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Elxan Məmmədli, Ulduz Quliyeva, Gülarə Azaflı, Samirə Əliyeva, Əhliman Rəhimov və Musa Nəbioğlu, eləcə də tədqiqatçı alimlər Altay Məmmədli, Mübariz Əliyev və Hafiz Kərimov çıxış edərək gənc aşıqların yaradıcılıq məsələləri ilə bağlı vacib məqamlara diqqəti yönəldib, gənc aşıqlar arasında respublika müsabiqəsinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Çıxışlarda, eyni zamanda, bəzi özəl televiziya kanallarında aşıq sənətinə şou prizmasından yanaşılması da tənqid olunub.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin əməkdaşı Elgün Əliyev çıxışında qurumun bütövlükdə aşıq sənətinə, o cümlədən də gənc aşıqlara daim diqqət göstərdiyini qeyd edib və bu qayğının bundan sonra davam edəcəyini vurğulayıb.

Sonda professor Məhərrəm Qasımlı tədbirə yekun vuraraq dəyirmi masanın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, bu kimi tədbirlərin bundan sonra da davam edəcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.