İDMAN


Asiya Çempionlar Liqasının matçları koronavirusa görə təxirə salınıb

Bakı, 27 fevral, AZƏRTAC

Martda Koreya Respublikasında keçirilməsi planlaşdırılan Asiya Çempionlar Liqasının görüşləri koronavirusa görə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Koreya Respublikasından dörd komanda – “Seul”, “Ulsan”, “Suvon” və “Çonbuk” iştirak edir. Oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Asiya Çempionlar Liqası çərçivəsində martın 3-də “Seul” və Taylandın “Çianq Rai”, martın 4-də isə “Ulsan” və Avstraliyanın “Pert Qlori” komandaları üz-üzə gələcəkdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.