İQTİSADİYYAT


Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 100-ə çatıb

Pekin, 13 iyul, AZƏRTAC

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Benin, Cibuti və Ruandanın banka üzvlük müraciətini təsdiqləyib. Bununla da AİİB-in üzvlərinin sayı 100-ə çatıb.

Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a verilən məlumata əsasən, Afrika qitəsinin 3 ölkəsinin banka üzvlük müraciətinə AİİB-in Lüksemburqda keçirilən IV İllik Toplantısında baxılıb. Bu dövlətlər müvafiq ölkədaxili proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra bankın tamhüquqlu üzvləri olacaqlar.

AİİB-in prezidenti Cin Liçun deyib ki, həmin 3 ölkənin qoşulması ilə bankın üzvü olan dövlətlər dünya əhalisinin 78 faizini, ümumi daxili məhsulun (ÜDM) isə 63 faizini təmin etmiş olacaq.

Qeyd edək ki, AİİB 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə 39 layihəyə, ümumilikdə 7,94 milyard ABŞ dolları kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında TANAP təbii qaz boru kəməri layihəsinə 600 milyon dollar kredit verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.