DÜNYA
Asiya İnfrastruktur İnvestisiyaları Bankı Yaponiya və ABŞ-ı öz sıralarına dəvət edir
Tokio, 18 iyun, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) prezidenti Cin Liçun deyib ki, rəhbərlik etdiyi bank Yaponiya və ABŞ-ın onun sıralarına qəbul olunması üçün qapıları açıq saxlayır.
Bu iki ölkə həmin bankın tərkibinə daxil olmağa ehtiyatla yanaşı və onun əməliyyatlarının şəffaflığına narahatlıqlarını bildirir.
İyunun 17-də AİİB-in prezidenti Koreya Respublikasının Çecudo adasında keçirilən ikinci illik görüş zamanı mətbuat konfransı təşkil edib.
C.Liçun deyib ki, AİİB-in əsasının qoyulduğu 2015-ci ildən bəri bank Asiya və Yaxın Şərqin 9 ölkəsində ümumi məbləği 2 milyard 490 milyard dollara bərabər olan 16 layihəni maliyyələşdirib.
Son vaxtlar bankın tərkibinə daha üç yeni üzv qəbul edilməklə onların sayı 80-ə çatıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio