İQTİSADİYYAT


Asiya İnkişaf Bankı Azərbaycanın enerji sektorunda əməkdaşlığın inkişafına dəstəyini davam etdirməkdə maraqlıdır

Bakı, 7 mart, AZƏRTAC

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının icraçı direktoru Toni Makdonald arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika sektorunda aparılan islahatlar, həyata keçirilən layihələrdən danışan energetika naziri bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankının dəstəyinin vacibliyini qeyd edib.

Bildirib ki, generasiya gücləri və ötürücü sistemin optimallaşdırılması və bərpa proqramları hazırlanıb, bu çərçivədə həyata keçirilən tədbirlər ölkənin elektroenergetika sisteminin dayanıqlılığını daha da möhkəmləndirəcək. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı hədəflər və layihələr isə ekoloji baxımdan təmiz enerjinin istehsalını təmin etməklə bərabər, enerji resurslarının istehlakında şaxələnməyə kömək edəcək. Asiya İnkişaf Bankı ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri isə bu mərhələdə də görülən işlərə töhfə verəcək.

Bankın icraçı direktoru T.Makdonald isə enerji sektorunda əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində Asiya İnkişaf Bankının maraqlı olduğunu diqqətə çatdırıb. O, hazırda icra edilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihə və “Azərbaycanın energetika sektorunun maliyyə bərpa planı” texniki yardım layihəsinin ikinci fazası üzrə görülən işləri əməkdaşlıq üçün yeni imkanlar kimi dəyərləndirib.

Görüşdə həmçinin bərpa olunan enerji sahəsinə investorların cəlbi, enerji səmərəliliyi, “Tənzimləyici haqqında” Qanun layihəsi və digər qanunvericilik aktlarının hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.