DÜNYA
Asiya İnkişaf Bankı iqlim dəyişmələrinin Asiyada inkişafa mənfi təsir edəcəyini bildirir
Tokio, 15 iyul, AZƏRTAC
Asiya İnkişaf Bankı xəbərdarlıq edib ki, iqlim dəyişmələrinin davam etməsi Asiya və Okeaniyada dağıdıcı nəticələri gətirib çıxara bilər.
Bankın iyulun 14-də dərc etdiyi hesabatda qeyd edilir ki, mövcud vəziyyət davam edərsə, əsrin sonunadək Asiyada temperaturun altı dərəcə artacağı gözlənilir. Nəticədə Cənub-Şərqi Asiyanın bir çox ölkələrində düyü məhsulu 50 faizədək azala, bu da kəskin ərzaq çatışmazlığına gətirib çıxara bilər.
Bundan əlavə, 2050-ci ilədək daşqınlar və digər təbii fəlakətlərin 2005-ci illə müqayisədə doqquz dəfə artacağı və nəticədə dəyən zərərin 52 milyard dollara çatacağı gözlənilir.
Eyni zamanda, 2050-ci ilədək daşqınlardan daha böyük zərər çəkən 20 şəhərdən 13-nün də Asiya-Sakit okean regionunda yerləşəcəyi bildirilir. Həmin siyahıya Banqkok, Çinin cənubunda yerləşən Quançjou və Yaponiyanın mərkəzindəki Naqoya şəhərləri daxildir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]