İQTİSADİYYAT


Asiya İnkişaf Bankı və İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Asiya İnkişaf Bankının Azərbaycanda daimi nümayəndəlik mərkəzi və Qərbi Asiya departamentinin ölkə üzrə direktoru Nariman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə tanış olublar.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qonaqlar agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya və Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.

Görüş zamanı İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və tədbirləri haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra iki qurum arasında qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə layihələr barədə müzakirələr, Azərbaycanda mövcud olan investisiya imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.