İQTİSADİYYAT


Asiya İnkişaf Bankının ekspertləri Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə görülən işlər barədə məlumatlandırılıb

Bakı, 18 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Asiya İnkişaf Bankının ekspertləri fevralın 3-17-də Bakıda səfərdə olub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində bankın ekspertləri ilə agentliyin müvafiq struktur bölmələri arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə bankın ekspertlərinə ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlər barədə məlumat verilib. Ekspertlər, həmçinin KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə məlumatlandırılıb, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Asiya İnkişaf Bankı ilə əməkdaşlıq, texniki yardım mexanizmi çərçivəsində agentliyin qısa, orta və uzunmüddətli strategiyasının mütərəqqi beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətlərində müzakirələr aparılıb.

KOBİA-nın təşkilatçılığı ilə, həmçinin Asiya İnkişaf Bankının ekspertlərinin bir sıra qurumlarda - İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində, Aqrar Kredit və İnkişaf Agentliyində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Maliyyə Bazarlarına Nəzarət Palatasında, Dövlət Turizm Agentliyində, Peşə Təhsili üzrə Dövlət Agentliyində, “ABAD”da görüşləri təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.