İQTİSADİYYAT


Aşkarlanmış çatışmazlıq səbəbindən təbii qaz qurğularına aid 13 layihə sənədinin razılaşdırılmasından imtina edilib

Bakı, 7 dekabr, AZƏRTAC

Cari ilin noyabrında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 68 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, keçən ay qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 356 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 13 layihə sənədinin razılaşdırılmasından imtina edilib. Elektrik enerjisi şəbəkəsinə və qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan, hər bir hal üzrə 1 qeyri-qanuni qoşulma faktı aşkarlanıb. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentlik tərəfindən 5 inzibati xəta haqqında protokol tərtib edilib və 24 inzibati tənbeh vermə haqqında qərar çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.