İQTİSADİYYAT


Aşkarlanmış çatışmazlıq səbəbindən təbii qaz qurğularına aid 15 layihə sənədinin razılaşdırılmasından imtina edilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Cari ilin 3-cü rübündə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 109 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, rüb ərzində qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 706 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 15 layihə sənədinin razılaşdırılmasından imtina edilib.

Agentlik tərəfindən 12 inzibati xəta haqqında protokol tərtib edilib və 28 qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.