MƏDƏNİYYƏT


Əskişəhərdə “Yarımçıq qalmış…” tamaşası nümayiş olunub

Əskişəhər, 25 may, AZƏRTAC

Əskişəhərdə 28 May - Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyət və incəsənət günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı baş konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə “Yarımçıq qalmış…” teatr tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, UNEC-in Yaradıcılıq Mərkəzinin teatr heyəti tərəfindən təqdim olunan əsər tamaşaçıların alqışlarına səbəb olub.

Tamaşadan sonra UNEC-in Yaradıcılıq Mərkəzinin teatr qrupu mükafatlandırılıb.

Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərəst oğlan” əsərinin motivləri əsasında yeni quruluşda səhnələşdirilən “Yarımçıq qalmış...” tamaşasında qəhrəmanların daxili aləmi, torpağa, yurda bağlılığı ruh kontekstində verilir. Biz qəhrəmanlarla şəhadətindən sonra tanış oluruq. Vətən uğrunda canından keçməyə hazır olan milyonların əvəzindən döyüşlərdə şəhidlik zirvəsinə qovuşan Vətən fədailəri sanki bütün Azərbaycanın əksidirlər.

“Yarımçıq qalmış…” tamaşası simvolik elementlər qalereyasını xatırladır. Burada ruhların görüşü, geri dönüşü, hətta ölümü də simvolikdir.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Əskişəhər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.