SİYASƏT


Aslan Aslanov: FANA-nın qlobal miqyasda müsbət təsiri KUNA agentliyinin bu təşkilata sədrliyinin uğurudur

Küveyt, 1 dekabr, AZƏRTAC

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) qlobal miqyasda müsbət təsiri Küveyt Xəbərlər Agentliyinin (KUNA) bu təşkilata sədrliyinin ən mühüm uğurudur.

Bu fikri FANA-nın 46-cı Baş Assambleyasında iştirak etmək üçün Küveytdə səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov KUNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, FANA-nın sədri və KUNA-nın Baş direktoru Şeyx Mübarək Duaic İbrahim əl-Sabah ərəb və beynəlxalq xəbər agentliklərinə böyük dəstək verir.

Aslan Aslanov vurğulayıb ki, o, OANA-nın prezidenti olaraq şəffaf və qərəzsiz xəbərlər yayılmasının təmin edilməsində FANA və KUNA ilə əməkdaşlıq etməyə hazırdır. Müasir dövrdə ənənəvi medianın üzləşdiyi problemlərdən danışan AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib ki, bəzi KİV-lərdə və sosial şəbəkələrdə qeyri-dəqiq, yalan xəbərlər yayılması ciddi narahatlıq doğurur.

Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi və üzv agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsidir.

Şeyx Mübarək Duaic İbrahim əl-Sabah 2015-ci ildən FANA-ya sədrlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.