MƏDƏNİYYƏT


“Əsli və Kərəm” növbəti dəfə izlənilib

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Əsli və Kərəm” növbəti dəfə operasevərlər üçün təqdim olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bəstəsi dahi bəstəkar Ü. Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Dirijor Sevil Hacıyeva tərəfindən idarə olunan operada Əsli obrazını solist Rəvana Əmiraslanlı, Kərəmi isə Əməkdar artist İlkin Əhmədov canlandırıb.

Digər partiyaları Taleh Yahyayev, Nurlan Namazov, Mütəllim Dəmirov, Nəzər Bəylərov, İsmayıl Ələkbərov və digərləri ifa edib.

Zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı, operanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.