CƏMİYYƏT


Aşmış ağacların yerinə yeni ağaclar əkilib

Bakı, 27 aprel, AZƏRTAC

Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

AZƏRTAC xəbər verir ki, xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyevin sözlərinə görə aparılan araşdırma zamanı məlum olub ki, həmin ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.

Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında birliyin işçiləri tərəfindən həmin ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.