ELM VƏ TƏHSİL


Aşpaz ixtisası üzrə peşə hazırlığı kursuna müraciət müddəti uzadıldı

Aşpaz ixtisası üzrə peşə hazırlığı kursuna müraciət müddəti uzadıldı

Bakı, 29 noyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə keçiriləcək peşə hazırlığı kursuna müraciət müddəti uzadıldı.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 9 həftə davam edəcək kursa elektron ərizə forması üzərindən dekabrın 6-dək müraciətlər qəbul ediləcək.

Hazırlıq kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST mərkəzləri və ya Regional Məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.

Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.