İDMAN


“Aşqabad-2017”də 23 ölkənin idmançıları medal qazanıblar

Aşqabad, 19 sentyabr, AZƏRTAC

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.

AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, hesabında 29 qızıl, 21 gümüş və 12 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (4-2-6) və Özbəkistan (3-5-20) yığmaları tamamlayır.

Tailand (3-5-8) dördüncü, Qazaxıstan (3-3-6) beşinci, Birləşmiş Ərəb Əmirlikləri (3-2-3) altıncı, Çin (2-0-3) yeddinci, Monqolustan (1-4-4) səkkizinci, Qırğızıstan (1-3-4) doqquzuncu, Pakistan (1-2-5) isə onuncu pillədə yer alıb.

İndiyədək 23 ölkənin idmançıları “Aşqabad-2017”də medal qazanıblar.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.