İDMAN


Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir

Aşqabad, 5 avqust, АZƏRTAC

Türkmənistanın paytaxtı Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir.

AZƏRTAC xəbər verir ki, media-forumda bir sıra ölkələrin informasiya agentliklərinin, qəzet, jurnal və internet portallarının nümayəndələri, televiziya kanallarının əməkdaşları və idmançılar iştirak edirlər.

Kütləvi informasiya vasitələrinin və sözügedən sahə nümayəndələrinin bir araya gəldiyi “Amul-Xəzər 2018” media-forumu Aşqabad “İdman” Olimpiya Şəhərciyində keçirilir.

Forumda Türkmənistan Milli Olimpiya Komitəsinin baş katibi Azat Muradov, “Africa Eco Race” avtorallisinin baş direktoru Jan Lui Şleser və başqaları da iştirak edir.

“Amul- Xəzər 2018” avtoralli yarışları sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək.

Qeyd edək ki, ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2018-ci il “Böyük İpək yolu ili” elan edilib. Yarışların Amurdəryada keçirilməsi də qədim İpək yolu karvanlarının məkanı olaraq seçilib.

Amudərya sahillərindən qərbə - Xəzər dənizinə doğru uzanan yarış trasının ümumi uzunluğu 1158 kilometrdir. Marşrutun əsas hissəsi Qaraqum səhrasındakı qumluq ərazidən keçəcək. Yarışa 3 kateqoriyada - minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.

80 komandanın iştirak edəcəyi yarışa ölkə başçısının da qatılacağı gözlənilir.

“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin təşkili idmanın bu növünün geniş təbliği və Türkmənistanın irimiqyaslı yarış və turnirlərin keçirilməsinə qadir olan ölkə kimi nüfuzunun artmasına kömək edəcək.

Forumda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunan video-çarxın təqdimatı da keçirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.