İQTİSADİYYAT


Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub

Aşqabad, 29 iyul, AZƏRTAC

Aşqabadda Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Hökumətlərarası anlaşma memorandumunun həyata keçirilməsi üzrə Türkmənistan-Azərbaycan işçi qrupunun iclası keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu il may ayında Aşqabadda keçirilən Türkmənistanın neft-qaz sektoruna investisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forumda “Dostluq” yatağının işlənilməsi ölkə üçün qərb istiqamətində təbii qazın ixracı üçün yeni imkanlar açacağı bildirilmişdi.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.