İDMAN


Aşqabadda qapalı məkanlarda və döyüş  növləri üzrə V Asiya Oyunları davam edir

Aşqabad, 22 sentyabr, AZƏRTAC

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.

AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların altıncı günündə - sentyabrın 22-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, tennis, kuraş, üzgüçülük, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.

Bu gün 40 dəst medal sahibini tapacaq.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.